25 Aprel 2014 10:47

Erməni yazar Aykazn Qaqriyan bu gün qondarma erməni soyqırımı ilə bağlı yazı dərc edib. “Axar.az” xəbər verir ki, yazıda dünən İrəvanda qondarma soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdən bəhs olunub:

“Ənənəyə uyğun olaraq dünən Türkiyə bayrağı yandırılıb. Onunla yanaşı böyük pullar hesabına Ramil Səfərovu Bakıya ekstradisiya edən Macarıstanın da bayrağı yandırlıb. Məlum olub ki, bu əməliyyatda Rusiya da iştirak edib. Amma nədənsə Rusiyanın bayrağı yandırılmayıb.

"Ramil Səfərovu qəhrəmanlaşdırdılar. Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır". Müəllifin bu yazısından görünür ki, Ermənistan rəhbərliyi öldürülmüş zabitinin intiqamını almaq niyyətindən əl çəkməyib. Prezident Serj Sarkisyanın Ramil Səfərovu öldürmək üçün əmr verməsi bunun bariz nümunəsidir.

Qorik Akopyan Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktorudur.

Zabit Ramil Səfərovun ekstradisiyasına və azad olunmasına çox qəzəbli reaksiya verən Ermənistan prezidenti buna görə Azərbaycandan qisas alacaqlarını açıq bəyan etmişdi. Sarkisyan 2012-ci ilin sentyabrında İrəvanda Milli Təhlükəsizlik Şurasının keçirilən toplantısında R.Səfərovun azadlığa buraxılmasına dözmək fikrində olmadıqlarını və cavab addımları atacaqlarını bildirib.

Sarkisyan toplantıda Ermənistanın atacağı cavab addımlarını isə belə sadalayıb: “İlk addım atılıb, Baş Qərargah rəisinə qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verilib. Bu, zəruri şərtdir. İkincisi, Qorik Qurgeneviç (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan-red.), iclasdan sonra yanıma gəlin, mənim sizə xüsusi tapşırığım var”. Xüsusi tapşırığın R.Səfərovu aradan götürməkdən ibarət olduğu bildirilir.


Müəllif: