7 Oktyabr 2017 13:28
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İdlib şəhərində ciddi bir əməliyyat başlayıb. Türk ordusunun bu əməliyyatı davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

Ərdoğan bəyan edib ki, Fırat Qalxanı əməliyyatı ilə Türkiyənin açdığı yeni səhifəni indi İdlibdə təhlükəsizliyin təmin edilməsi addımı ilə irəliyə aparmaq niyyətindədirlər.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin son görüşündə Suriyanın İdlib şəhərinin təhlükəsizlik bölgəsi elan edilməsi haqda razılıq əldə edilib. Bundan dərhal sonra Türk Silahlı Qüvvələri İdlibə əsgər göndərmək üçün hazırlıqlarını başa çatdırıb.

Türkiyə ilə sərhəddən 45 kilometr uzaqlıqda yerləşən İdlib şəhərinin təhlükəsizlik bölgə halına gətirmək üçün hazırda Cilvəgöz sərhəd məntəqəsindən türk əsgərlərinin hərəkətlənməsi davam edir.


Müəllif: Cavad