7 Oktyabr 2017 16:28
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azad Azərbaycan” telekanalına yeni vitse-prezident təyin edilib.

Teleqraf.com xəbər verir ki, ATV-də bu vəzifəni tanınmış teleaparıcı Lamiyə Ələkbərova yerinə yetirəcək.

Xəbəri dəqiqləşdirmək üçün İTV-nin əməkdaşı Lamiyə xanımla əlaqə saxladıq. O, bu xəbəri nə təkzib, nə də təsdiq etdi.

Qeyd edək ki, Lamiyə Ələkbərova əvvəllər AzTV və Lider TV-də çalışıb. Bir müddət öncə isə İTV-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.


Müəllif: Teleqraf.com