8 Oktyabr 13:25

Türkiyənin Suriya ilə sərhədində bu səhər silah səsləri eşidilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri sərhəddən Suriyanın İdlib şəhərinə toplardan atəş açıb.

“Fırtına” ləqəbli tanklarda 4 və yaxud 5 dəfə atəş açıldığı bildirilib. Hərbi qaynaqlar bu atəşin Azad Suriya Ordusunun İdlib üzərinə hücumlarına yardım etmək üçün edildiyini vuğulayıb.

İdlibdəki atəşkəs zonasına getmək üçün Türkiyənin Hatay vilayətinə gələn çoxsaylı zirehli texnika və heyəti daşıyan hərbi maşınlar da Suriya sərhədinə yaxın Reyhanlı rayonuna yerləşib. Buradakı hərbi kontingentin İdlibə dislokasiya olacağı qeyd olunub.


Müəllif: İlhamə Əbülfət