13 Oktyabr 2017 19:23
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:25

İraq ordusu Kərkükün azad edilməsi üçün əməliyyatları davam etdirir

Teleqraf.com xəbər verir ki, İraq Müdafiə Nazirliyi Kərkükün bir neçə məntəqəsinin azad edildiyini bəyan edib.

Peşmərgə isə yaydığı açıqlamada təmas xəttindən taktiki məqsədlə geri çəkildiklərini, amma mövqelərini təlsim etmək niyyətində olmadıqlarını qeyd edib.

Kərkük və ətraf rayonlar 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilmişdi. Sonrakı illərdə İraq Kürd Muxtariyyəti əraziləri İŞİD-dən geri almışdı.

Bu gün isə Kərkükün Salahaddin, Tikrit, Havice, Reşad, Beşir və Tazehurmatu kənd və qəsəbələri İraq ordusu tərəfindən peşmərgədən azad edilib.

Tanınmamış Kürdüstan respublikasının baş naziri Neçirvan Barzani İraq hərbi qüvvələrinin Kərkükdə əməliyyatlara başlamasını psiləyən bəyanatla çıxış edib. O, əməliyyatların dərhal dayandırılması üçün İraq və İran hökumətlərinə, beynəlxalq təşkilatlara müraciətlər edib.

“Peşmərgə”nin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıda bildirib ki, atışma olmaması üçün İraqın baş naziri Heydər əl-İbadi ilə danışıqlar aparılıb: "Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq 48 saat ərzində hərbi bazalar, hava lmanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər".

16:42

Kərkük ətrafında qanlı döyüşlərin qarşısını almaq üçün Şimali İraq Kürd Muxtariyyətinə tabe olan peşmərgə müəyyən qədər geri çəkilib.

Teleqraf.com xəbər verir ki, bu haqda Kürdüstan Yurdsevərlər Birliyi Məclisinin üzvü və peşmərgə komandiri Şeyx Cəfər Mustafa deyib.

O, bildirib ki, Haşdi Şabi və İraq ordusu ilə qarşıdurmaya girməmək naminə bəzi ərazilərdən geri çəkiliblər.

Cəfər Mustafa Kərkükün mərkəzində peşmərgə komandirləri ilə görüşdən sonra mətbuat konfransı keçirib.

O deyib: “Havcie əməliyyatının ardınca İraq ordusu və Haşdi Şabi gücləri Kərkükün bəzi bölgələrinin onara təslim edilməsi üçün təhdidlər yağdırmağa başladı. Peşmərgə nəzarət etdiyi bəzi bölgələrdən çəkilməycəyi təqdirdə müharibə olacağı bəyan edildi. Haşdi Şabi və İraq ordusu dünən gecədən etibarən bu ərazilərə əsgərlər toplamağa başlamışdı. Onlar Bəşir və Tazehurmatu qəsəbələrinə əsgər topladıqdan sonra peşmərgəyə hücum etmək istədilər. Biz bütün imkanlarımızı səfərbər edərək qarşıdurmadan kənarda durmağa çalışdıq”.

Qeyri-rəsmi xəbərlərə görə, peşmərgə təmas xəttindən 18 kilometr geri çəkilib. Haşdi Şabi qüvvələri isə irəliləyib.

Haşdi Şabi qüvvələrinin yerləşdiyi Bəşir və Tazehurmatu qəsəbələri Kərkükün 20 kilometrliyindədir.


Müəllif: Cavad