13 Oktyabr 2017 20:46
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyinin Qərargah rəisi, orgeneral Hulusi Akar İdlib əməliyyatını izləmək üçün Suriyaya gedib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ötən gecə Suriyanın İdlib şəhərinə daxil olub. İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar "Azad Suriya Ordusu" ilə birgə aparılır.

200 nəfərlik xüsusi təyinatlı dəstənin əməliyyatını havadan izləyən Hulusi Akar Reyhanlı və Cilvegözü yaşayış məntəqələrində olub.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.


Müəllif: Teleqraf.com