15 Oktyabr 2017 09:59
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

Qırğızıstan vaxtı ilə 08:00-da ölkə ərazisində 2 375 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 milyon 25 min 768 nəfərdir. Bunların 2 milyon 908 min 455-i Qırğızıstanda, 18 min 580 seçici isə xarici ölkələrdə səs verəcək.

On bir namizədin iştirak etdiyi seçkiləri 700-dən artıq beynəlxalq müşahidəçi izləyir.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə edir.

Milli Məclisin deputatları Nizami Cəfərov TürkPA xətti ilə, Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində seçkiləri izləyirlər.


Müəllif: Səxavət