15 Oktyabr 2017 11:58
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD-in əsas qalalarından biri olan Rakka şəhəri tamamilə Suriya Demokratik Qüvvələrinin (YPG) əlinə keçir.

Teleqraf.com-un məlumatına görə, YPG sözçüsü Nuri Mahmud bəyan edib ki, onların Rakka fəaliyyəti davam edir: “Biz burada İŞİD-i məhv etmək üzrəyik. Bu gün və ya sabah şəhəri tamamilə İŞİD işğalından azad edəcəyik”.

Anti-İŞİD koalisiyasının nümayəndəsi Ryan Dillon isə bildirib ki, son 24 saatda yüzə yaxın İŞİD-çi təslim olub və onlar Rakkadan kənarlaşdırılıb: “Ancaq qarşıdakı günlərdə çətin qarşıdurmalar gözlənilir. Rakka şəhərini İŞİD-dən nə zaman xilas edəcəyimiz haqda konkret bir tarix deyə bilmərik”.


Müəllif: Cavad