14:14
İran Şimali İraq Kürd Muxtariyyəti ilə sərhəd-gömrük qapılarını qapadıb.
Teleqraf.com xəbər verir ki, bu haqda İranın "Tasnim" agentliyi məlumat yayıb.
15:34
Pərvizxan Sərhəd Buraxılış Məntəqəsinin rəhbəri Əli Tofiq mətbuata verdiyi açıqlamada İranın bu səhər İraqın Süleymaniyyə şəhərinə açılan sərhəd qapısının bağlandığını deyib. Əli Tofiq sərhəd qapısının bağlanmasına görə ticari fəaliyyətin və gediş-gəlişin durduğunu dilə gətirib.
Qeyd edək ki, İranla Şimali İraq Kürd Muxtariyyəti arasında neft və ticari əlaqələrin aparıldığı üç sərhəd məntəqəsi var. İran ötən ay təyyarə uçuşlarını dayandırmış və sərhəddə hərbi təlimlər keçirmişdi.