16 Oktyabr 2017 15:20
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyn də Rusiyadan S-400 hava hücumundan müdafiə qurğuları almağı planlaşdırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bəhreyn Krallığının mühafizə rəisi Şeyx Nasir məlumat verib.

O bildirib ki, Bəhreyn bununla bağlı Rusiya ilə danışıqlara başlamaq niyyətindədi.

Qeyd edək ki, bundan öncə, Rusiya Türkiyə və Səudiyyə Ərəbistanı ilə S-400 sistemlərinin satışı ilə bağlı razılığa gəlib.


Müəllif: Samir