17 Oktyabr 2017 09:38
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.10.16 23:10

İraq ordusu Kərkükü peşmərgə güclərindən azad edəndən sonra türkmənlər Kürdüstanın bayrağını Kərkük qalasından çıxararaq öz bayraqlarını ora sancıblar.

Teleqraf.com xəbər verir ki, 23 gün peşmərgənin işğalı altında olan Kərkük bu gün İraq ordusu və
Haşdi Şabi milisləri tərəfindən azad edilib.

Türkmənlər və Kərkük ərəbləri şəhərin azad edilməsini xüsusi təmtəraqla qeyd ediblər.

Türkmənlər əllərində İraq, türkmən və Türkiyə bayraqları ilə küçələrə axışıblar.

Həmin sevinc anlarını özündə əks etdirən görüntüləri təqdim edirik:


Müəllif: Ruslan