17 Oktyabr 2017 11:20
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:00

İraq ordusu Haşdi Şabi qruplaşması ilə birlikdə Şimali İraqda əməliyyatları davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hökumət qüvvələri bu gün səhər saatlarında Sincar şəhərinə girib.

Baş verən döyüşlər zamanı peşmərgə geri çəkilməyə məcbur olub.

Hazırda Sincarda 500-600 iraqlı əsgərin olduğu bildirilib.

***

İraq ordusu Sincar şəhərində nəzarəti ələ keçirib.

Son xəbərlərə görə, bundan sonra Bərzaniyə bağlı olan peşmərgə qüvvələri şəhərin mərkəzindən, eləcə də Şebabit, Solax, Til Kasep, Həmadan, Tilbenat ərazisindən geri çəkilib.


Müəllif: Samir