17 Oktyabr 2017 12:55
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə Ali Radanın bınası önündə aksiya keçirirlər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aksiyaya minlərlə insan qatılıb.

Polis Ali Radanın binası önündə təhlükəsizlik barrikadaları qurub.

Etirazçılar deputatların toxunulmazlığının ləğvi, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununa dəyişiklik edilməsini tələb edirlər.


Müəllif: Samir