17 Oktyabr 2017 13:37
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər kürdlərdən güclü deyillər.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, əgər İraq ordusu Kərkükü ildırım sürətilə, döyüşsüz ələ keçirdisə və bununla itirilmiş imicini bərpa etdisə, Azərbaycan ordusunun da ən azı Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməsi imkanı və gücü var:

“Ermənistan ordusunda xidmət edənlərin sayı o qədər deyil ki, separatçıların işğal altındakı yüzlərlə kilometr perimetr boyunca müdafiə resursları olsun. Bunu ona görə yazmıram ki, əlimzdə konkret plan olmadan hücuma keçək. Bunu ona görə yazıram ki, illərdir Kərkükü “kürd şəhəri” deyib tutan peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı”.

E.Şahinoğlunun fikrincə, bu ona görə baş verdi ki, əslində, kürdlər Kərkükü özününkü saymayıblar:

“Bəlkə də Ərbil uğrunda sonadək savaşarlar, ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə dəxli yoxdur. Belə fikirlər var ki, ermənilərin arxasında Rusiya dayanır. Rusiya torpaqlarımızı azad etməyə imkan vermir və verməyəcək. Ancaq gəlin unutmayaq ki, kürdlərin də arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü qoruya bilmədilər”.


Müəllif: Səxavət