17 Oktyabr 2017 15:30
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Ali Rada qarşısında aksiya keçirən Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, insanların dinc aksiya keçirmə haqlarına hörmət etdiyini bildirib.

Poroşenko Ukrayna Ali Radası önündə keçirilən aksiyanın dincliyini qorumaqla bağlı çağırış edib:
“2015-ci il avqustun 31-də baş verən hadisələrin təkrarlanmasına yol vermək olmaz”.

Qeyd edək ki, aksiyada 6 mindən çox insan iştirak edir.


Müəllif: Samir