25 Aprel 2014 11:37
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-30-da "ABŞ - Azərbaycan Konvensiyası: Gələcəyə Baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfəri gözlənilir.

Teleqraf.com-un verdiyi xəbərə görə, o, Azərbaycandakı dini konfenssiya rəhbərlərinin Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yahudiləri icmasının başçısı melih Yevdayev və Katolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sesiyasında iştirak edəcək.

Sesiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.

SEVİNC


Müəllif: