19 Oktyabr 2017 12:46
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya lideri Karles Puiqdemont müstəqilliyin elanı ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İspaniya Baş nazirinin görüş təklifini qəbul etməyəcəyi təqdirdə müstəqillik elan edəcəyini açıqlayıb.

Bu arada İspaniya hökuməti bəyanat yayıb. Bəyanata görə, İspaniya Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı konstitusiyanın 155-ci maddəsinin tətbiqinə başlayacaq. Hökumət qərarın 21 oktyabrda qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də baş tutub. Referendumun nəticələrinin açıqlanmasından sonra Puiqdemont ispan hökumətini danışıqlara çağırıb.


Müəllif: Samir