20 Oktyabr 2017 15:12
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun layihəsini dəstəkləyirəm. Müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi. İki əsas istiqamət məni narahat edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə Cinayət Məcəlləsinə dair dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə,, cəzanı humanisləşdirmək adı ilə məcəllədə küllü miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi üçün cəza 18 ilə çatdırılır: “Ömürlük cəza çəkən insanlar var. Onların çoxu insan öldürdüyünə görə bu cəzaya düçar olublar. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. İndiki məcəlləyə görə, əgər insan son 5 ildə özünü yaxşı aparırsa, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq etmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı uşaqların zorlanması isə 10-15 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın. Qanun layihəsdini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı insanların əmlakı insan sağlamlığından daha dəyərlidir”.


Müəllif: Cavad