21 Oktyabr 2017 17:17
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Müdafiə Nazirliyi və İtaliya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı"na uyğun olaraq, Bakıda iki ölkənin Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, danışıqlar zamanı Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com