22 Oktyabr 2017 22:59
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ilk dəfə olaraq Ermənstanın müstəqillik ildönümü qeyd edilib. Teleqraf.com-un məlumatına görə, tədbiri Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində Ermənistanın daimi təmsilçisi Arsen Avakyan təşkil edib.

İstanbulun Beşiktaş səmtində yerləşən Fulya sənət mərkəzindəki tədbirdə həm Türkiyədən, həm də Ermənistandan xeyli sayda dəvətlilər olub.

Tədbirdə CHP millət vəkili, erməni əsilli Selina Doğan və HDP millət vəkili erməni əsilli Garo Paylan da iştirak edib. Müstəqllik gecəsinə Rusiya, Belarus, İran və Almanyanın İstanbuldakı diplomatik təmsilçiləri də qatılıb.

Ermənistanın daimi təmsilçisi Arsen Avakyan çıxışında 1919-cu ildən bu yana ilk dəfə Türkiyədə ölkəsinin müstəqillik bayramının qeyd edildiyini deyib.

Türkiyəli deputatlar çıxışlarında Ermənistanla əməkdaşlığın qurulmasının vacibliyini bildiriblər.


Müəllif: Teleqraf.com