3 Noyabr 09:16
444

Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yola salınan ilk qatar ünvana çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Dəmir yolları qurumunun nümayəndəsi Veysi Kurt məlumat verib.

Kurt Bakıdan Qatar vasitəsilə Qarsa gələn ilk sərnişinlərdən biri olub.

O bildirib ki, qatar vasitəsilə 40 saata 856 kilometr məsafə qət edib.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenri Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtcan Saqintayev, Özbəkistan Baş naziri Abdulla Aripov, Gürcüstan Baş naziri Giorqi Kvirikaşvili iştirak edib.


Müəllif: Samir