9 Noyabr 2017 22:20
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlimlərimizdə iştirak edən AMEA Tarix İnstitutunun elmi işçisi Elnur Neciyev Vikipediyada "Səfəvilər dövlətinin bayraqları" mövzusunda məqalə yaradıb.

Bununla bağlı Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov məlumat verib.

Qeyd edək ki, viki-məqalə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəflinin məqaləsi ("Azərbaycan Səfəvi dövlətinin bayraqlarına dair") əsasında hazırlanıb.

Viki-məqalənin linki: https://az.wikipedia.org/wiki/Səfəvilər_dövlətinin_bayraqları


Müəllif: Teleqraf.com