10 Noyabr 2017 11:54
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 79 il keçir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məqsədlə Anıtqəbirdə mərasim keçirilib.

Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, nazirlər, nazir müavinləri və digər dövlət rəsmiləri qatılıb.

Ərdoğan Anıtqəbirdəki xatirə dəftərinə ürək sözlərini yazıb:

“İlk prezidentimiz qazi Mustafa Kamal Atatürkü bir daha yad edirik. Türkiyəni müasir mədəniyyətlər səviyyəsinə çatdırmaq üçün gecə-gündüz çalışırıq. Ruhu şad olsun”.


Müəllif: Samir