10 Noyabr 2017 13:32
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan Vyetnam görüşünün təxirə salınması ilə bağlı Ağ Evin yaydığı məlumata Kremldən münasibət gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O bildirib ki, görüşün keçirilməsi ilə bağlı danışıqlar davam edir:

“Amerikalı həmkarlarımızdan görüşün təxirə salınması ilə bağlı xəbərlər gəlir. Təkbətək olmasa da, ayaqüstü görüşün keçirilməsi mümkündür”.


Müəllif: Samir