10 Noyabr 18:37
155

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərasimdə Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70 nəfərə yaxşı insan iştirak edib.

Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb.

Açılış mərasimində digər çıxış edənlər təşkilatın rəhbərliyinə uğurlar arzulayaraq, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarının deyiblər.

Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytı da yaradılıb.


Müəllif: Səxavət