10 Noyabr 2017 22:10
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən sizi illər əvvələ - kədərli 29 sentyabr 1938-ci ilə aparacağam. Bu, Mustafa Kamal Atatürkün xəstə olduğu dövrdür. 10 gün sonra o, aramızda olmayacaqdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, ordu generalı İlkər Başbuğ Atatürkün vəfatı ilə bağlı qatıldığı televiziya proqramında deyib.
İlkər Başbuğ həmin tarixdə Atatürkün Ankaraya getmək istədiyini bildirib:

“Atatürk niyə Ankaraya getmək istəyirdi? O, 29 sentyabrda vəfat edəcəyini, artıq son günlərini yaşadığını bilirdi. Mənə görə, Atatürkün xəstəliyinin şiddətlənməsinə rəğmən, onun İstanbuldan Ankaraya getməsinin iki səbəbi vardı və məhz buna görə də Akaraya getməkdə israr edirdi”.

General bildirib ki, bu səbəblərdən biri Atatürkün Ankarda gözlərini əbədi yummaq istəyi idi:

“İkinci səbəb isə odur ki, Atatürk son nəfəsində türk ordusunu görmək istəyirdi. Həkimlərlə məsləhətləşir, ancaq ona icazə vermirlər. Hətta qatarla getmək təklifi gəlir, ancaq bu da qəbul olunmur. Həkimlər deyirlər ki, Atatürk yolda bizi təkr edə bilər. Ciddi şəkildə israr etsə də, həkimlər razılıq vermir və Atatürk bu istəyindən geri çəkilir”.

İlkər Başbuğ deyib ki, bu hadisədən dərhal sonra Atatürk köməkçilərindən olan Çaxmağı yanına dəvət edib:

“Burada Çaxmaq tərəfindən Mustafa Kamalın son yazılı mesajı hazırlanır. Bu mesaj elə 29 sentyabr 1938-ci ildə Bodrumda Baş nazir Cəlal Bayar tərəfindən oxunur".

Mesaj budur:

“Zəfərləri insanlıq tarixi ilə başlayan, hər zaman qələbələrlə yanaşı, mədəniyyət nurlarını daşıyan qəhrəman türk ordusu! Məmləkətini ən pis dövrlərdə zülmdən, fəlakət və müsibətlətlərdən, düşmən istilalarından nə cür qorumusansa, cümhuriyyətin indiki dövründə də vəzifəni eyni şəkildə həyata keçirəcəyinə şübhəm yoxdur. Qəhrəman ordu, böyük türk millətinin hüzurunda sənə hörmətimi ifadə edərkən, böyük ulusumuzun iftixar hisslərinə də şahid oluram. Türk vətənini və türklük camiyəsinin şan və şərəfini daxili və xarici təhlükələrdən qorumaq vəzifəni yerinə yetirməyə hər an hazır olduğuna mənim və böyük ulusumun tam inancı və etimadı var. Cümhuriyyət bayramının 15-ci ildönümü mübarək olsun”.

General bəyan edib ki, kimin nə deməsindən asılı olmayaraq, Mustafa Kamalın son mesajı türk ordusuna olub.


Müəllif: Cavad