10 Noyabr 21:13
452

Biz müsəlman aləmində birinci, Avropada ikinciyik.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyevnoyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var. Bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi böyük hadisədir. Bu Oyunlarda əllidən çox ölkədən üç mindən artıq idmançı iştirak edirdi. Dördüncü İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik və idmançılarımız da bizi sevindiriblər, birinci yerə layiq görülüblər. Biz müsəlman aləmində birinci, Avropada ikinciyik".


Müəllif: Teleqraf.com