13 Noyabr 00:33
68

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.3 maqnituda gücündə zəlzələ olub.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.


Müəllif: Teleqraf.com