14 Noyabr 15:38
176

İran Prezidenti Həsən Ruhani noyabrın 12-də baş verən 7,2 bal gücündə zəlzələdən ziyan görən bölgələrə səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Ruhani yerli sakinlərlə görüşüb və yaxınlarını itirənlərə başsağlığı verib.

Ruhanini səfər zamanı daxili işlər və səhiyyə nazirləri müşayiət edib. İran prezidenti yerli idarələrə lazımı tapşırıqlar verib.


Müəllif: Samir