16 Noyabr 2017 03:22
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayonun Üçoğlan kəndində zəlzələ nəticəsində uçan evə baxış keçirib.

Teleqraf.com-un məlumatına görə, Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 1980-ci ildə inşa edilən, Səfərova Zəhra Göyüş qızına məxsus evin bir hissəsi yararsız vəziyyətə düşüb. Komissiya hadisə barədə akt tərtib edib.

Evdə yaşayan ailə müvəqqəti olaraq həmin kənddə olan qohumlarının evinə yerləşdirilib.


Müəllif: Teleqraf.com