20 Noyabr 2017 11:38
2 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının seçilməsi ilə bağlı yeni məlumat üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Norveçdəki biabırçılığı aşkar edən hərbçinin adı açıqlanıb.

Həmin şəxs Türkiyə Silahlı Qüvvələrinin qadın hərbçisi Əbru Nilhan Bozqurd olub.

Bozqurdun keçmişi ilə bağlı Türkiyənin “Habertürk” qəzeti bəzi məlumatlar əldə edib. Qadın uzun müddət çətinliklər içərisində yaşayıb. FETÖ-çular tərəfindən ittiham edilərək 5 il 10 ay həbs cəzası yaşayıb. 2013-cü ildə azadlığa çıxıb.

Daha sonra Türkiyə Konstitusiya Məhkəməsi Bozqurdun səbəbsiz həbs olunduğunu təsdiq edib.


Müəllif: Samir