20 Noyabr 2017 22:44
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa separatizmin nəticəsi olan miqrant problemini yaşadıqdan sonra Azərbaycanın qaçqın və məcburi köçkünlərinin durumunu anlamalıdır.

Bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, təəssüf ki, dünya hüquqla deyil, hüquqsuzluqla idarə olunur:

“Biz illərdir ki, ikili standartla üz-üzəyik. Kataloniya məsələsi Qarabağ münaqişəsindən fərqli olsa da, Avropanın, nəhayət, öz başına gələndən sonra azərbaycanlıların probleminə ədalətli yanaşacağını gözləyirik. Mən Qarabağ icmasının üzvü kimi bilməyinizi istərdim ki, erməni icması ilə müzakirələrə hazır olduğumuzu dəfələrlə bildirsək də, buna nail ola bilməmişik. Biz münaqişənin həll olunmasını istəyirik və dünyanı haqq səsimizi eşitməyə çağırırıq”./Axar.az/


Müəllif: Teleqraf.com