21 Noyabr 2017 07:52
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik.

Teleqraf.com-un məlumatına görə, bunu RBK-ya intervyusunda ATƏT-in yeni baş katibi Tomas Qreminger bildirib.

"Bizim xüsusi alətimiz - ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən başçılıq edilən və təmas xətti boyunca vəziyyətə diqqətlə nəzarət edən əməkdaşları olan missiyamız var. Biz son zamanlar baş verən alışmadan narahat idik", - deyə Qreminger bildirib.

Baş katib həmçinin deyib ki, onun rolu ondan ibarətdir ki, Minsk qrupunun üç həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına yönələn səylərinə dəstək olsun.


Müəllif: Teleqraf.com