21 Noyabr 2017 13:33
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lavrov konfrans zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, bu münaqişənin tezliklə həlli ilə bağlı heç bir nikbinlik hiss etmir:

“Bakı münaqişənin həlli üçün zəruri olan bütün komponentlərini təqdim edib. Bu komponentlər ATƏT rəhbərinə təqdim ediləcək. Bundan sonra danışıqlar üçün xüsusi təkliflər paketi hazırlanacaq. Bu paketdəki müddəalarla hər iki tərəfin razılığa gəlməsi çox çətindir. Razılıq əldə edilməsə, danışıqlardan nəticə gözləmək düzgün deyil. Sevindirici haldır ki, Azərbaycan və Ermənistan prezidentləri Cenevrə görüşündən razı qalıblar. Ancaq qeyd etmək istərdim ki, problem mürəkkəbdir. Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, məsələ tezliklə başa çatmayacaq”.


Müəllif: Samir