22 Noyabr 2017 22:42
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran və Türkiyə Suriyaüzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.

Teleqraf.com verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub", - deyə Rusiya dövlət başçısı jurnalistlərə bildirib.

V.Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.


Müəllif: Teleqraf.com