23 Noyabr 2017 16:41
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatında yeni doğulan buzova görə 100 manat ödəniş olunur. Ancaq yeni doğulan körpəyə görə birbaşa müavinət 45 manatdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Faiz Mustafa deyib. Deputat körpələrə verilən müavinətin artırılmasını təklif edib.

Fazil Mustafa çıxışı zamanı Bakubus MMC-ni də tənqid edib: “Qanunla 5 yaşına qədər olan uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. 5-10 yaşlı uşaqlar isə ictimai nəqliyyatdan istifadə edərkən biletin yarısının pulunu ödəməlidir. "Bakubus" son dövrlər bir sıra yeniliklər edib. Ancaq təəssüf ki, MMC-nin sürücüləri 5-10 yaşlı uşaqlardan tam bilet pulunu ödəməyi tələb edirlər. Hesab edirəm ki, bu məsələyə diqqət edilməli, qanunun işləməsi təmin edilməlidir”.


Müəllif: Cavad