25 Noyabr 2017 12:29
4 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayə, hara gedisən, ayə" ifasına deputat Fazil Mustafa da münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, deputat fikirlərini sosial media hesabında yayımlayıb:

“Müasir Azərbaycan gənci... Adam ik öncə bir epizodla AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm, başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm.

Ancaq "Hara gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanovla AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e..." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”


Müəllif: Şəfiqə