1 Avqust 2014 09:43

BMT Baş katibi Pan Ki Mun və ABŞ Xarici İşlər naziri Con Kerri İsraillə Həmas arasında üçgünlük atəşkəs razılaşması əldə edildiyini açıqlayıb.


Məlumata görə, Pan Ki Mun və C.Kerri etdikləri ortaq yazılı açıqlamada BMT nümayəndəsi və xüsusi koordinator Robert Serrinin tərəflərdən üçgünlük atəşkəsin təmin edilməsi mövzusunda zəmanət aldığı bildiriblər.

Atəşkəsin avqustun 1-i saat 10:00-dan etibarən qüvvəyə minəcəyi və 72 saat davam edəcəyi yazılan açıqlamada bu müddət ərzində tərəflərin hərbi əməliyyatları dayandıracağı qeyd edilib.

Ortaq açıqlamada belə yazılıb: “Atəşkəslə birlikdə tərəflər verdiyi sözləri tam olaraq yerinə yetirməlidirlər. Bu müddətdə Qəzzada yaşayan vətəndaşlar ehtiyacları təmin edəcək, ölülərini basdıracaq, yaralılarını müalicə və ərzaq kimi həyati ehtiyaclarını təmin edə biləcəklər. Eləcə də, su və elektrik təmin edən stansiyaların da bu müddətdə təmir edilməsi nəzərdə tutulur”.

axar.az


Müəllif:
Загрузка...