1 Avqust 2014 09:49
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tikinti obyektinə hücum edən PKK-lı terroristlər bir avtomobili bomba ilə sıradan çıxardaraq tikintidə işləyən 3 xüsusi mühafizə işçisini qaçırdıb.


Məlumata görə, hadisə saat 00:30-da Türkiyənin Siirt bölgəsindən 15 km aralıda yerləşən Şirvan mahalı magistral yolu üzərindəki Tavan bölgəsində baş verib.

Özəl şirkətə aid HES tikinti obyektinə hücum edən bir qrup PKK-lı avtomobillə patrul keşiyi çəkən xüsusi mühafizə işçisinin avtomobilinin yolunu silahla hədələyərək kəsib.

Üç təhlükəsizlik işçisini avtomobildən endirən PKK-lı yaraqlılar daha sonra avtomobilin altına uzaqdan idarə edilən bomba yerləşdiriblər. Bombanı uzaqdan idarə edərək partladan terroristlər avtomobili yararsız hala salıblar.

Terroristlər tikinti sahəsindəki başqa bir avtomobillə ələ keçirdikləri 3 işçini də əsir götürərək qaçıblar. Hadisədən xəbər tutan bölgə polisi əraziyə polis dəstələri cəlb edib. Bölgədə əməliyyatlar davam edir.

/axarar.az/


Müəllif: