1 Avqust 2014 10:12
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gərgin döyüşlərdən sonra ciddi itkilər verərək geri çəkilən erməni ordusunun öldürülən əsgərlərinin adı bəlli olub.


Bu barədə informasiyanı qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi” yayıb.

Məlumatda öldürülən şəxslərin hər ikisinin 1994-cü il təvəllüdlü olduğu deyilib. Onların adlarının Ararat Vaçikoviç Xanoyan və Azat Arturoviç Asoyan olduğu bildirilib.

Xatırladaq ki, bu, ermənilərin dünənki atışmada verdikləri itkidir. Bu gecə olan və Azərbaycan ordusunun 11 şəhid verdiyi döyüşlə bağlı erməni tərəfinin verdiyi itkilərin sayı barədə hələlik məlumat yoxdur.

/axar.az/


Müəllif: