1 Dekabr 2017 10:47
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Asiyanın Qəlbi” - İstanbul Prosesi"nin 7-ci nazirlər toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirik.

Bunu Əfqanıstanın Xarici İşlər naziri Salahuddin Rəbbani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında deyib.

O, növbəti konfransın gələn il Türkiyədə keçiriləcəyini qeyd edib: "İstanbul prosesi 2011-ci ildən başlayıb. Bunun məqsədi Əfqanıstanda və Asiyada sülhü təşviq etmək üçün öhdəliyimizi müəyyənləşdirməkdir. Bu proses daha geniş regional əməkdaşlığa imkan yaradır. Proses Əfqanıstan və regionda terror və digər təhdidlərlə mübarizə aparmağa kömək edəcək. Biz regionun inkişafına yol açacaq dəmiryolu layihələrini və ticarət əlaqələrinin artırılmasını alqışlayırıq".

Əfqanıstanın xarici işlər naziri bildirib ki, Əfqanıstan nəqliyyat dəhlizini inkişaf etdirməyə çalışır. "Hazırda Əfqanıstan Özbəkistan, Qazaxıstan, Pakistan və İranı Çinlə birləşdirməyə çalışır. Bu "Lyapis lazur" yoludur. Siz bu yolun inkişafına böyük vəsait yatırmağa söz verdiniz. Bu əməkdaşlıq hava yolunun inkişafına da xidmət edəcək. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan yeni dəmir yolu xəttinin açılışını etdi. Bu, daha böyük əməkdaşlığa xidmək edəcək". /APA/


Müəllif: Teleqraf.com