1 Dekabr 2017 11:53
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan uzun müddətdir, qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir.

Bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.

"Azərbaycan sülhə önəm verir. Münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyirik", - deyə o qeyd edib.

Nazir deyib ki, Asiyanın ürəyi - İstanbul prosesi sülh və təhlükəsizliyin həm Əfqanıstan, həm də regionda təminatı üçün bir platformadır.

O bildirib ki, Azərbaycan müxtəlif platformalarda Əfqanıstana dəstək verməyə davam edəcək:

"Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması və "Lyapis Lazur" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lyapis Lazur" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək"./APA/


Müəllif: Teleqraf.com