1 Dekabr 2017 12:04
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişikliklər edilməsi barədə layihəyə baxılıb.

Layihə haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihədə 1.1.0.22-ci maddədən “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər,” sözləri və “texniki-iqtisadi məlumatların dövlət təsnifatı” sözləri çıxarılıb.

Bundan başqa, 70.3-cü maddə aşağıdakı redaksiyada verilib:

“70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırması məqsədi ilə hazırlanmış, həmçinin ad və ya rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır”.

Qanunun 75.1-ci maddəsi isə yeni layihədə aşağıdakı redaksiyada verilib:

“75.1. Normativ hüquqi aktın qəbul edilməsindən irəli gələrək qüvvədə olan normativ hüquqi aktlarda edilən dəyişikliklər, həmçinin ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir”.

Qanuna aşağıdakı məzmunda 76.3-cü maddəsi əlavə edilib:

Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktla bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir”.

83.1-1-ə isə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir”.


Müəllif: Cavad