1 Avqust 2014 12:46
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Donetsk vilayətinin Şaxtyorsk şəhəri yaxınlığında separatçıların mühasirəsinə düşüb.


Məlumata görə, Ukrayna anti-terror mərkəzinin mətbuat katibi Aleksey Dmitraşkovskinin verdiyi məlumata görə, 14 nəfərə yaxın hərbçi həlak olub.

“21 nəfərin öldüyü ilə bağlı yayılan məlumatlar yalandır. Həqiqi rəqəmlər dəqiqləşdirilir. Əldə olunan dəqiq məlumata görə, 14 nəfər həlak olub. 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Qalan 4 nəfərin separatçılara, ya da bizə aid olması məlum deyil”, - deyə Dmitraşkovski bildirib.

Onun sözlərinə görə, hazırda ölən və yaralananların döyüş meydanından çıxarılması üçün qarşı tərəflə danışıqlar aparılır.

Dmitraşkovski eyni zamanda separatçıların da böyük itki verdiyini bildirib.

/axar.az/


Müəllif: