1 Avqust 2014 14:40
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb".


Bu xəbəri Müdafiə Nazirliyinin rəsmi saytı bu dəqiqələrdə yerləşdirib.

Xatırladaq ki, bu gecə cəbhənin Ağdam istiqamətində ermənilər hücuma keçərək 11 əsgərimizi şəhid edib. Bütün ictimaiyyət Müdafiə Nazirliyindən bu döyüşlə bağlı xəbər gözləyərkən, nazirlik cəbhədə monitorinqin insidentsiz keçdiyi barədə məlumat yaydı.

/axar.az/


Müəllif: