5 Dekabr 2017 18:35
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə nazirlikdən əlavə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.


Müəllif: Teleqraf.com