6 Dekabr 2017 17:14
6 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən axşam Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin həbsi ilə bağlı baş verən hadisələr bütün Ukraynanı dəhşətə gətirdi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko Lvovda hərbi akademiyada çıxışı zamanı deyib:

“Düşmən bizi arxadan vurmağa və zəiflətməyə çalışır. Məni heyrətə gətirmək asan deyil, ancaq dünən axşam baş verənlər heyrət doğurur. Əlbəttə, təhlükəsizlik orqanları peşəkar davranaraq, milli və dövlət maraqlarını müdafiə etdi. Ən sevindirici hal odur ki, Ukrayna xalqı Moskvadan maliyyələşən adama öz yerini göstərdi. Ukrayna xalqı və ordusu hər zaman düşmənə qarşı gəlməyə hazırdır”.


Müəllif: Samir