1 Avqust 2014 16:22
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.

Teleqraf.com TTV.az-a istinadən xəbər verir ki, dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.

Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.


Müəllif: