7 Dekabr 2017 15:55
6 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Qüds qərarına münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nazirlik xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Rusiya ABŞ-ın bu qərarından narahatdır: “Qərbi Qüds İsrailin paytaxtıdır. Şərqi Qüds isə Fələstinin siyasi mərkəzidir”.

Qeyd edək ki, Tramp dünən canlı yayım zamanı Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını elan edib.


Müəllif: Samir