7 Dekabr 2017 16:17
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerusəlim 3000 il ərzində yəhudilərin paytaxtı olub və 70 ilə yaxındır İsrailin paytaxtıdır.

Teleqraf.com xəbər verir ki, bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfirliyinin sözçüsü Avital Rosenberg ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıması ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudi, xristian, eləcə də müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək: "İsrail Fələstin də daxil olmaqla, bütün qonşuları arasında sülhün bərqərar olmasına sadiqdir”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edib. O, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. Bu qərar dünyada, o cümlədən ABŞ-ın müttəfiqləri arasında etiraza səbəb olub.


Müəllif: Teleqraf.com